Satış tuneli

Bu gün mesencerlərin digər kommunikasiya kanallarına nisbətdə üstünlüyü nədədir?

4_optimized

Bu gün mesencerlərin digər kommunikasiya kanallarına nisbətdə üstünlüyü nədir❓

Aşağı rəqabət. Yaxın keşmişdə bu alətdən yalnız iri şirkətlər istifadə edirdi. Mesencerlərin sürətli artımı yeni növ bazarın yaranmasına şərait yaratdı, hansı ki hələlik formalaşma prosesindədir.

Geniş araşdırmaların nəticələrinə əsasən mesencerlərdə konversiya ortalama 30%-ə bərabərdir, müstəsna hallarda isə hətta 80% ola bilir. Qeyd edək ki, lendinqlərin konversiyası 0,5-12% aralığında dəyişir.

Saytlarda “Soyuq” satışlar mesencerlərdəki “İsti” satışlarla rəqabətə dözmür . Bu kommunikasiya kanalı vasitəsilə müştərilərlə “dostlaşmaq”, brendə etibar səviyyəsini artırmaq, məhsulu maraq yaradaraq onu daim saxlamaq olar.

“Avtomatik” satışlar. Çat-botlar sayəsində sizin biznes avtomatlaşdırılmış qaydada gün ərzində fasiləsiz satış edəcək. Bir dəfə yaradılmış satış tuneli yüzlərlə işçi-saatına qənaət etmək imkanı yaradacaq. Botlar avtomatlaşdırılmış rejimdə müştəriyə məhsul seçməyə yardım edəcək, alıcılarla konsultasiya aparacaq, yeni mallar haqqında məlumat verəcək, ödəniş qəbul edəcək və digər müntəzəm işlər görəcək.

 

Xərclərin azaldılması və xidmət keyfiyyətinin artırılması. “Canlı” müştəri bazasına sahib olduğunuzdan reklam xərcləriniz azalacaq: əgər satışlar artırsa yeni müştərilərin cəlb olunması üçün əlavə reklama pul xərcləməyə nə ehtiyac var? “İnsan” dəstəyindən istifadə etdikdə onun mükəmməl olmadığı ilə barışmaq məcburiyyətdəsiniz. İnsandan fərqli olaraq çat-bot yatmır, hər zaman xətdədir, dərhal cavab verir və heç vaxt müştəri qaçırmaz. eMarketer-in sorğularına əsasən, 50,6% mesencer istifadəçiləri hesab edirlər ki, brendin alıcılarına dəstək gün ərzində fasiləsiz təmin olunmalıdır, bayram və istirahət günləri olmadan, həftənin istənilən günü.