Rəqəmsal marketinq termini 1990-cı illərdə istifadə olunmağa başladı. O zaman ilk banner reklamları ortaya çıxdı və CRM sənayesi təzə yaranmağa başladı. O vaxtdan bəri marketinq sahəsində ciddi dəyişikliklər baş verdiyini deməyə ehtiyac yoxdur. Bu yazıda bu gün hansı marketinq növlərinin mövcud olduğunu öyrənəcəksiniz.
1.Account-based Marketing (ABM)
ABM marketinqi az saylı ( bəzən 1 şirkətə) müştəri sayına yönələn marketinq strategiyasıdır. Bütün aktivlik ( event, kontent, ads) böyük alıcı kütləsinə deyil, müəyyən şirkətələrə yönəlir.
2. Satınalma Marketinqi (Acquisition Marketing)
Satınalma marketinqinin məqsədi SEO, sosial media, ödənişli reklam, kopiraytinq və aparıcı nəsil kampaniyaları vasitəsilə veb sayt və ya açılış səhifəsinə yeni ziyarətçiləri cəlb etməkdir.
3. Tərəfdaş / İştirakçı Marketinq (Affiliate Marketing)
Qısaca “tərəfdaş marketing” şirkət öz tərəfdaşına müştəriyə, abunəçiyə, app yüklənməsinə görə pul ödəyir. Yəni satışları tərəfdaş vasitəsi ilə həyata keçirir.
4. Brend marketinqi (Brand Marketing)
Brend marketinqi, əlyazma, yaradıcılıq, yumor və digər aktivlik hesabına brendi ictimayətə tanıdır və hədəf auditoriya ilə emosional əlaqə formalaşdırır.
5. Buzz marketinqi (Buzz Marketing)
Buzz marketinq, “ağızdan ağıza söz” konsepsiyası üzərində qurulub. Əsas yeni məhsulun “gözlənti effekti” yaratmaq üçün istifadə olunur. Buzz marketinqin məqsədi, Kreativ və interaktiv kontentdən istifadə edərək potensial alıcılara, brend haqqında informasiyanı, onların dostları və yaxınları vasitəsi ilə çatdırmaqdır.
6. Kampus marketinqi (Campus Marketing)
Kampus marketinqi universitet tələbələrinə yönəlmiş marketinq strategiyasıdır. Kampus marketoloqları universitet tələbələrini işə götürürlər və onlar vasitəsi ilə təhsil ocaqların məhsulu tanıdırlar. Amma digər marketinq kanalarını istisna olmur.
7. Səbəb marketinqi (Cause Marketing)
Səbəb marketinqi korporativ sosial məsuliyyəti cəmiyyətə nümayiş edir və eyni zamanda cəmiyyətdə müsbət dəyişiklikləri artırmağa kömək edir. Bütün bunlar xeyriyyəçilik fəaliyyətlərinə dəstək verməklə edilir.
8. Məzmun marketinqi (Content Marketing)
Məzmun marketinqi hədəf auditoriyanın maraqlarına uyğun olaraq bloq yazıları, e-kitablar, sayt və digər vizual kontentin yaradılmasıdır.
9. Kontekstual marketinq (Contextual Marketing)
Kontekstual marketinq – potensial müştərilərin internetdə davranışlarından və maraqlarından asılı olaraq, onlara müxtəlif saytlarda reklamın nümayiş olunmasıdır.
10. Danışıq marketinqi (Conversational Marketing)
Danışıq marketinqi, müxtəlif kanallardan istifadə etməklə ( telefon, messenger) potensial müştəri ilə dialoqun qurulmasıdır. Conversational marketinqin məqsədi müştəri ilə danışıqları standartlaşdırmaqdır.
11. Müzakirə marketinqi (Controversial Marketing)
Müzakirə marketinqi, istifadəçiləri müzakirələ həvəsləndirməkdir. Məqsəd digər potensial alıcıların diqqətini cəlb etməkdir.
12. Müştəri marketinqi (Customer Marketing)
Müştəri marketinqi mövcud müştərilərin saxlanmasına yönəldilir. Bu həm məhsulun özü, həm də xidmət keyfiyyətinin yaxşılaşdırılması yolu ilə həyata keçirilir. Müştəri marketinqinin məqsədi mövcud müştəriləri, gələcəkdə şirkət haqqında məlumatları yaymaları üçün brendin vəkilinə çevirməkdir.
13. Rəqəmsal marketinq (Digital Marketing)
Rəqəmsal marketinq elektron cihazların və ya İnternetin daxil olduğu bütün marketinq sahələrini əhatə edir. Axtarış saytları, sosial şəbəkələr, e-poçt və potensial müştərilərlə əlaqə qura biləcəyiniz digər bütün kanallardan istifadə edilir.
14. Email marketinq (Email Marketing)
E-poçt marketinqi, könüllü olaraq abunə olan insanlara maarifləndirici, əyləncəli və digər məzmununların göndərilməsidir. Email Marketing təkrar satışların artırılmasına və potensial alıcını müştəriyə çevrilməsində böyük təsiri olur.
15. Tədbir marketinqi (Event Marketing)
Tədbir marketinqi və ya hadisə marketinqi brendin, yeni məhsulun və ya xidmətin tanıtımı məqsədi ilə tədbirlərin təşkil edilməsidir.
16. Təəssüratların Marketinqi (Experiential Marketing)
Bu tip marketinq birdəfəlik (tanıdım, sponsor, datdırma) tətbirlər vasitəsi ilə, hədəf auditoriyada təəssüratın yaradılmasıdır.
17. Sahə marketinqi (Field Marketing)
Sahə marketinqi rəqiblərin və alıcıların, real şəraitdə ( məsələn mağazada, ticarət mərkəzində daxilində) davranışı araşdırır və təhlil edir.
18. Qlobal marketinq (Global Marketing)
Qlobal marketinq digər ölkələrdəki potensial alıcıların ehtiyaclarına yönəlmişdir. Qlobal marketinq şirkətlərdə, yeni bazarları araşdırır, şirkətin məhsulunun yüksək tələbat olan ölkələri müəyyənləşdirir və brendin lokal marketinq strategiyasını yaradır.
19. Partizan marketinqi (Guerrilla Marketing)
Partizan marketinqi, az büdcə tələb edən, auditoriyanı kreativ formatda əhatə edərək, brend haqqında məlumatları yaymaqdır.
20. Inbound marketinq
Inbound marketinq faydalı məzmun vasitəsi ilə, müştərilərin şirkətə müraciət etməsini təmin edən strategiyadır. Adətən müştərilərin mövcud problemləri araşdırılır və problemə uyğun kontent yaradılır.
21. Təsir marketinqi (Influencer Marketing)
Təsir marketinqi brendin hədəf auditoriyasındakı populyar və tanınmış şəxslərin nüfuzuna əsaslanır. Brend haqqında məlumatdırmaq, nüfuzlu şəxslərin tövsiyələri əsasında həyata keçirilir
22. Məlumat marketinqi (Informative Marketing)
Məlumat marketinqi məhsulun xüsusiyyətləri haqqında məlumatları faktlaar, statistikaya, ekspert rəylərinə əsaslanaraq çatdırır. Ən böyük çətinlik məlumat mümkün qədər cəlbedici şəkildə təqdim etməkdir
23. İnteraktiv marketinq (Interactive Marketing)
Bu yeni marketinq növüdür. Müştəri auditoriyasına məlumatların cəlbedici və interaktiv formatda nümayiş olunmasıdır. Əsas vizual elementlər vasitəsi ilə, məhsulun həkayəsi, şirkətin hesabatı, xidmətin üstünlükləri təqdim olunur
24. Multikultural marketinq (Multicultural Marketing)
Multikultural marketinq müəyyən bir etnik qrupa yönəlir. Hədəf auditoriyası ilə kommunikasiya dil, ənənə, bayram, din və digər mədəni konsepsiya əsasında qurulur. Multikultural marketinq strategiyasını uğurla həyata keçirmək üçün mədəni fərqləri müəyyənləşdirmək, anlamaq və hörmət etmək lazımdır.
25. Təbii marketinq (Native Marketing)
Bu ti marketinq istifadə olunanda brend, xidmət, məhsul haqqında məlumatı reklam formatında deyil, gizli kontent kimi nümayiş olunur. Məzmun alıcılara bezdirici gəlmir və reklamdan fərqli olaraq daha yüksək effektivlik nümayiş etdirir.
26. Neyromarketinq (Neuromarketing)
Neyromarketinq – neyrobiologiyanı və marketinqi özündə cəmləşdirir və insanların reklam və marketinq aktivliyinə neyrokimyəvi və fizioloji reaksiyalarını ölçür. Brendlərə marketinq kampaniyalarının emosional rezonansını qiymətləndirməyə kömək edir.
27. Outbound Marketinq
Outbound Marketing çap reklamları, TV reklamları, soyuq zənglər və e-poçt kampaniyaları kimi fəaliyyətlərini əks etdirən, ənənəvi marketinq növüdür.
28. Partnyor marketinqi (Partner Marketing)
Bu tip marketinq vasitəsi ilə, tərəfdaşların cəlb olunması üçün marketinq proqramının həyata keçirir. Əsas alətlər -sərgilər, eventlər, seminarlar.
29. Fərdi marketinq (Personalized Marketing)
Müassir texnologiyalardan vasitəsi ilə, məlumatları təhlil edərək, şirkət potensial müştərilərə fərdi təklif verir.
30. İnandırıcı marketinq (Persuasive Marketing)
Bu marketinq növü daha çox hisslərə və emosialara yönəlir. Faktlardan istifadə olunmur. Əsas alətlər – süni qıtlıq, pulsuz, sosial sübut.
31. Məhsul marketinqi (Product Marketing)
Məhsul marketinqi yeni məhsulun bazara çıxarmaq və ya tanınmış məhsula tələbatı stimullaşdırmaqdır. Bura daxildir: məhsulu mövqeyləndirməsi, brendləşmə, kommunikasiya strategiyası və satışa təsir göstərən digər amillər
32. Proximity Marketing
Bu texnologiya müştərilən satış və ya xidmət nöqtələrin yaxınlığında olduğu zaman, onların mobil cihazlarına təklifi göndərmək imkanı yaradır. PUSH bildirişləri əsasında çalışır.
33. Loyalıq marketinqi (Relationship Marketing)
Loyalıq marketinqi, müştərinin brendə qarşı sadiqliyini təmin etmək üçün, onunla uzunmüddətli əlaqələr qurur. Əsas alət keyfiyyətli müştəri xidməti formalaşması.
34. SEO marketinq (Search Engine Marketing)
SEO saytı axtarış robotları üçün optimallaşdırır, şirkətin, məhsulun və ya xidmətin saytının axtarış saytında (google\ yandex\bing) ilk mövqeylərdə nümayiş olunmasına kömək edir.
35. Sosial media marketinqi (Social Media Marketing)
Sosial media marketinqi -müxtəlif sosial media platformaları vasitəsi ilə biznesin problemləri həll edir. SMM yeni müştəri cəlb olunması, rəylərin toplanmasına, neqativin neytralaşmasına, müştəri ilə kommunikasiya qurulmasına və s. xidmət göstərir.
36. Gizli marketinq (Stealth Marketing)
Gizli marketinq, şirkət məhsullarını və ya xidmətlərini tanıtmaq üçün aktyorlar və ya məşhurları gizli şəkildə reklam kampaniyalarına cəlb edir. Məşhurları məhsulu cəmiyyətdə və ya digər ictimai yerlərdə istifadə edirlər və sosial şəbəkələrdə paylaşırlar. Bu zaman, istehlakçılar məhsulun reklam olunmasını anlamırlar.
37. İstifadəçi marketinqi (User-generated Marketing)
İstifadəçi tərəfindən yaradılan marketinq, müəssisənin sosial mediada auditoriyasından fikir, məlumat və fikir tələb etməsi və ya loqo və ya reklam kimi daha yaxşı marketinq materialı yaratmaq üçün yarışmalar keçirməsidir.
38. Videomarketinq (Video Marketing)
Video marketinq internetшт ən məşhur marketinq formatlarından biridir. Əksəriyyət quru mətni oxunmaqdan çəkinir. Nəticədə video marketinq daha effektiv alət sayılır. Çünkü potensial alıcı məlumatı həm görür və eşidir.
39. Səsli marketinq (Voice Marketing)
Bəzi bizneslərdə yüksək effektiv məlumatlandırma metodur. Səs marketinqi vasitəsi ilə, istifadəçiləri maarifləndirmək və maraqlandırmaq olar.
40. «Ağızdan söz» marketinq (Word of Mouth Marketing)
Bu tip marketinqin mümkün qədər səmərəli işləməsi üçün ən yaxşı məhsulun və xidmətin yaradılmasına diqqət yetirməlidir. Müştərilərə isə yüksək səviyyəli xidmət göstərməlidir. Belə olduğu təqdirdə müştəri məhsul\xidmət haqqında danışmağda maraqlı olur. Nəticədə müştəriləriniz şirkətinizi dostlarına və tanışlarına tövsiyə edir və sadiq istehlakçıya çevrilir.