Onlayn mağazanın dizayn, saytın yükləmə sürəti və sosial sübut internet mağaza ziyarətçilərinin davranışına təsir edirmi?Bəli, bütün bu amillər düşündüyünüzdən daha vacibdir. Məqaləni oxuyun və onlayn mağaza müştərilən davranışları ilə tanış olun
Foto
Ortalama keyfiyyətli və məhsulu tam əksetdirən fotolar satışları 58% qədər artıra bilər. Digər tərəfdən alıcıların 25%- i məhsulun fotoları gözləntilərinə cavab vermədiyi üçün geri qaytarır. Bunun qarşısını almaq üçün saytda olan şəkillər yüksək keyfiyyətli və orijinal olmalıdır.
Video
Araşdırmalar göstərir ki, ortalama alıcıların 31% -i videoya baxdıqdan sonra məhsulu sifariş edirlər. İnternet istifadəçilərinin 50% -I video izlədikdən sonra, məhsula daha çox etibar edirlər.İldən ilə bu rəqəm artır. Məhsul haqqında video-kontent bir başa satışlara təsir edir. Çünkü şəkildən fərqli olaraq məhsul haqqında məlumatı tam çatdıra bilir. Bundan başqa keyfiyyətli video ziyarətçilərin saytda keçirdiyi vaxta artırır və ona görə sifariş olmasının şansını çoxaldır
Məhsul haqqında rəylər
İnternet istifadəçiləri alış-veriş etməzdən əvvəl rəyləri oxuyur və ya onlayn araşdırması aparır. Məhsul nə qədər baha olsa, onun haqqında oxunan rəylərin sayı çox olacaq. Alıcıların 79% yazılan rəylərə etibar göstərir. Satınalma qərarı vermək üçün alıcıların 67% -i orta hesabla 6 rəyi oxuyur.
Tərk edilmiş səbət
E-commerce sahəsində tərk edilmiş səbətlərin 70% yaxındır. Bu seqmenti alıcıya çevirmək üçün individual şəklində ayarlanmış e-mail marketing kampaniyaları olmalıdır.
Satış niyə baş tutmur
Araşdırmalar zamanı müəyyən edilmişdir ki, alıcıların
41%-i ödəniş zamanı əlavə xərclərə görə məhsuldan imtina edirlər
29% -i məcburi qeydiyyatdan çəkinirdilər
11% -ni anlaşılmaz çatdırılma şərtləri narahat edir
10% -i üçün sifariş və ödəmə prosesi çox uzundur
8% -I saytda telefon nömrəsi olmadığına görə saytı tərk edir
Qeydiyyat
Ortalama dünya üzrə internet mağazaların 24%-i qeydiyyat tələb edir. Amma “Asos” kimi iri onlayn mağazalar qeydiyyatı ləğv etdiyləri üçün satışların artıra bilib.
Çatdırılma
Çatdırılma xərclərii yüksək olduğu üçün istifadəçilərin 44% -I saytı tərk edir. Sifariş verilən günü çatdırılma alıcıların 24% -i üçün vacibdir. Müştərilərin 76% -i üçün eyni gündə sifarişi almaq vacib deyil.
Ödəmə prosesi niyə bu qədər uzundur?
100 iri e-ticarət saytları arasında keçirilmiş araşdırma zamanı, sifarişlərin qeydiyyat və ödəmə prosesinin müddəti orta hesabla 5,08 addım təşkil edir. Üstəlik, onlayn mağazaların 50% -i eyni məlumatı iki dəfə tələb edir. Onlayn mağazalarda sifarişin qeydiyyatı maksimum 5 addıma mümkün olmalıdır.
Sifarişdən imtina edənlər kimlərdi?
Əksər hallarda 25-44 yaş arası insanlardır, xüsusən də kişilər. Daha çox məlumata ehtiyac duyan “qərarsız alıcılar” – 42% təşkil edir. Təxmini eyni rəqəm sərfəli qiymət axtaran onlayn alıcılara şamil olunur. 16% -ni məhsul almağı planlaşdırmayan “vitrin izləyiciləri” təşkil edir.
Ikonlar və işarələr
Sayta olan işarələr, düymələri müştərilərə istiqamətlənməyə kömək edirlər. “Sonra”, “Davam et”, “Növbəti” düymələri görünən və kliklənən olmalıdırlar. Sifarişin addımlarını saytda vizualaşdıranda alıcılara hall hazırda harada olduqlarını bilirlər və növbəti addımı atmağa hazır olurlar. Ödəniş səhifəsinin dizaynı sadə, aydın və anlaşılan olmalıdır ki, alıcı bu proses zamanı çaşmasın. Müştərilərin sifarişi dəyişdirə bilməsi üçün “Geri”düyməni də unutmayın.