
Onlayn mağazada satışların artırılma üsulları
⚠️Atılmış səbətləri diqqətsiz qoymayın. Onlayn mağazanızın hər ziyarətçisinə alıcı olmaq qisməti yazılmayıb, bu da müxtəlif səbəblərin nəticəsində ola bilər. Əslində istifadəçilər kifayət qədər çox halda səbətlərini atırlar: araşdırmalara əsasən əksər internet-mağazalarda atılmış səbətlərin (cart abandonment rate) say göstəricisi 60% – 80% aralığında dəyişir. Bu da artım üçün potensial mənbədir. Bu kütləyə personallaşdırılmış mesajlar göndərməyə ərinməyin bu onlara öncə atdıqları səbətlərinə bir daha nəzər salmağa və fikirlərini dəyişməyə zəmin yaradacaq. Məktubda siz endirim və ya sifarişi daha əlverişli mövqədə təklif edə bilərsiniz. Həmin potensial müştəriləri retargetinq alətləri ilə geri qaytarmağa çalışa bilərsiniz.
⚠️Mallarınızı iri və keyfiyyətli şəkillərdə nümayiş etdirin “Yüz dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır”. Bu atalar sözünü hər-kəs bilir. Məhz məhsulun saytınızda mükəmməl şəkili alıcını həlledici qərara sürükləmiş məqam ola bilər. Məhsulun müxtəlif rakurslardan edilmiş şəkilləri sanki onu əlindəki kimi müştəriyə hiss etdirəcək. Bu tip şəkillər brendinizin inkişafına və ona etibarın artmasına gətirib çıxaracaq.
⚠️Məhsulun geniş izahını əlavə edin. Məhsul haqqında məlumat yoxdursa və ya kifayət qədər deyilsə müştərini itirməklə risk edirsiniz. Bu sahədə araşdırmalar göstərir ki, müştərilərin 20%-i məhz tam və ya aydın olmayan məhsul izahı səbəbindən almaq qərarına gələ bilmirlər. Nəzərə alın ki, sizin məqsədiniz məhsul haqqında tam və dolğun məlumat verməklə yanaşı potensial müştərini onu almağa sürükləməkdir.
⚠️Bloq açın — bu həmişə yüksək konversiya göstəricisi üçün mütləqdir. Məsələn, əgər siz qadın çantaları satırsınızsa ehtimal etmək olar ki, saytınızın ziyarətçiləri böyük əksəriyyəti ilə qızlar və gənc xanımlardır. Bu kütləni mağazanıza cəlb etmək üçün məsələn belə bir başlığı olan məqalə yazmaq olar: “2020-ci ilin dəbinə uyğun 10 tip toy çantası” əlavə olaraq video və infoqrafika materialınıza daha da nüfuz qazandıracaq.
⚠️Sifariş prosesini sadələşdirin. Bu mərhələdə müştərini itirmək çox asandır, ona görə checkout prosesini son dərəcə diqqətli layihələndirmək gərəkir. Sifarişin rəsmiləşdirilməsi çətin ola bilər və elektron poçt ünvanı, çatdırılma ünvanı, ödənişlə bağlı məlumat (kart məlumatları), hesabın hazırlaması, həvəsləndirici kuponlar və sonda sadiqlik proqramında iştirak üçün personal hesabın yaradılması. Əslində isə siz bu prosesi mümkün qədər sadə etməyə çalışmalısınız. Buna yalnız son dərəcə vacib olan məlumatları tələb etməklə və detallara getməməklə nail olmaq olar.
⚠️Sadiqlik proqramı yaradın. Araşdırmalar göstərir ki, xoşbəxt və sadiq müştərilər sizə yeni müştərilərdən iki dəfə daha çox pul qazandırır. Əlbəttə ki, bu müştərilərin mağazanızda təkrar satışlara sürükləmək olar və lazımdır. Loyallıq proqramları – bu məqsədə çatmaq üçün əla üsuldur. Müştərilərə bonus verməklə, növbəti sifarişlərə kupon təqdim etməklə siz onlara mağazanıza qayıdıb təkrar alışlar etməsinə şərait yaradırsınız