Azərbaycana səyahət edən turistlər üçün ilk onlayn platforma
- Əsas
- portfolio
- Google ADS
- Azərbaycana səyahət edən turistlər üçün ilk onlayn platforma

Şirkətimizin SEO xidmətinə dair işlərinin siyahısına növbəti istiqamətlər daxil idi:
1. Saytı Google Tag Manager, Google Analytics, Googe Search Console, Yandex Metrika, Yandex Webmaster kimi alətlərlə əlaqələndirmək
2. Saytın Usability (rahat istifadə) xüsusiyyətinin təmin edilməsi
3. Məqsədlərin Google və Yandex axtarış sistemlərində müəyyən edilməsi
4. Texniki optimallaşdırma (meta başlıqlar, H1 teqi, 404 səhifəsinin düzgün göstərilməsi və s.)
5. Snippetlərin (saytın məzmununun Google axtarış nəticələrində görünən qısa xülasəsi) yaradılması və mikro işarələrin daxil edilməsi
6. Semantik (insan tərəfindən oxunula bilən) URL və ya CNC-nin hazırlanması
7. Keyfiyyətli xarici linklərin yerləşdirilməsi
8. Daxili linklənmə
9. Mobil cihazlarda saytın işləmə sürətinin yaxşılaşdırılması
10. Saytın hər 7 dildə olan versiyası üçün semantik nüvənin yığılması
11. Google və Yandex tərəfindən sanksiyaların tətbiq olunmamasına nəzarət
12. Zəruri və hədəf olmayan səhifələrin indeksləşdirilmədən çıxarılması
13. Hədəf olan səhifələrin indeksləşdirilməyə göndərilməsi

Google ADS istiqamətində görülən işlər:
Azərbaycan ərazisində turların təşviqatı məqsədilə Google axtarış sistemində kontekstual və displey reklamlarından istifadə etmək qərara alındı. Kontekstual reklam üçün orta və aşağı tezlikli sorğular toplandı. Reklamların bir hissəsi üçün isə ölkə ərazisində olan turistlər nəzərə alınaraq tarqetinq (hədəfləmə) hazırlandı. Başqa bir reklam isə ölkəni ziyarət etməyə hazırlaşan turistlərə göndərildi. Hər bir açar sorğu üçün yalnız bir elan hazırdı. Yekun olaraq 450 elan toplandı. Bununla yanaşı A/B testi aparıldı və yüksək konversiya faizi ilə fərqlənən elanlar seçildi. GDN (Google Display Network) qurularkən əcnəbilərdən 1 sent dəyərində CPC (Cost Per Click) əldə edildi.


Social Media Marketing istiqamətində görülən işlər:
İlk mərhələdə şirkətin Facebook və Instagram kimi sosial şəbəkələrdəki səhifələrinə yeni izləyicilərin cəlb olunması üçün reklam hazırlandı. Reklam Azərbaycana maraq göstərən Hindistan, Pakistan və Yaxın Şərq ölkələrinin istifadəçilərinə istiqamətlənmişdi. Kontentin növü, büdcənin həcmi və tarqetinqə (hədəfləmə) dair testlər aparıldı. Bir həftədən sonra isə şirkətimiz daha çox keyfiyyətli izləyici kütləsi qazandıran kontent, tarqetinq (hədəfləmə) və büdcəyə dair siyahı tərtib etdi.

