Şirkətimizin məqsədi ən populyar elan lövhələri sahəsində “TOP of mind”, yəni ən çox yaddaqalan məhsulu araşdırmaq idi. Şirkətimiz müştəri tərəfindən təsdiqlənən suallar tərtib etdi. Soyuq zənglər üçün 400 nəfərdən ibarət hədəf auditoriyası əsasında verilənlər bazası yaradıldı. Əldə edilən nəticə statistik göstəricilərə əsasən uyğunlaşdırıldı. Statistik göstəricilər, məlumatlar elektron və fiziki formada müştəriyə təqdim edildi.