
Şirkətimizin SEO xidmətinə dair işlərinin siyahısına növbəti istiqamətlər daxil idi:
1. Saytın Usability (rahat istifadə) xüsusiyyətinin təmin edilməsi
2. Saytı Google Analytics, Googe Search Console, Yandex Metrika, Yandex Webmaster kimi alətlərlə əlaqələndirmək
3. Məqsədlərin Google və Yandex axtarış sistemlərində müəyyən edilməsi
4.Texniki optimallaşdırma (meta başlıqlar, H1 teqi, 404 səhifəsinin düzgün göstərilməsi və s.)
5. Snippetlərin (saytın məzmununun Google axtarış nəticələrində görünən qısa xülasəsi) yaradılması və mikro işarələrin daxil edilməsi
6. Semantik (insan tərəfindən oxunula bilən) URL və ya CNC-nin hazırlanması
7. Keyfiyyətli xarici linklərin yerləşdirilməsi
8. Daxili linklənmə
9. Bloq yazılması üçün tematik sorğuların toplanması
10. Saytın hər 2 dildə olan versiyası üçün semantik nüvənin yığılması
11. Google və Yandex tərəfindən sanksiyaların tətbiq olunmamasına nəzarət

Bitrix24 CRM soft-un qoşulması

Şirkətimiz tərəfindən CRM (müştərilərlə qarşılıqlı münasibətlərin idarəolunması sistemi) sisteminin inteqrasiyasına nail olmaq üçün yeni potensial müştərilərin təkmilləşdirilməsi senarisi işlənildi və bu senari əsasında “satış qıfı” (purchase funnel) modeli hazırlandı. Yeni potensial müştərilərin əlaqə vasitələri və məlumatları Bitrix24 platformasına köçürüldü. Müştərilərə avtomatik olaraq məktub, ismarıc göndərən və menecerlər qarşısında vəzifələri təyin edən servis yaradıldı. Sifariş növündən asılı olaraq məsul menecerlər arasında avtomatik olaraq vəzifə bölgüsü aparıldı.
Task Management
Nəzarətin artırılması üçün xüsusi bölmələr yaradıldı, səlahiyyət verildi, bildirişlər konfiqurasiya edildi. Hər bir əməkdaşa alt tapşırıqlara bölünə bilən tapşırıqlar verildi. Rəhbərlərin və icraçıların iş prosesi üçün senari hazırlandı.
Satış tunelinin yaradılması və startı
1. Satış tuneli platformasının yaradılması
2. Müştərilərin cəlb olunması üçün senarinin hazırlanması
3. Satış bazarının və onun istiqamətlərinin seçilməsi
4. Hədəf auditoriyasının seqmentasiyası
5. Müştərinin portretinin tərtib edilməsi
6. Müştərinin əsas “ağrısını” müəyyənləşdirmək
7. Reklam platformalarının seçilməsi
8. Reklam kampaniyaları üçün lazımi tarqetinq (hədəfləmə) hazırlanması
9. Kopiraytinq. Məqalələrin yazılması, satış tunelinin bütün mərhələləri üçün unikal satış təklifinin (USP) hazırlanması
10. Təklifin hər bir mərhələsi üçün razılaşdırılmış məhsullar