Bu məqaləni oxuyandan sonra, marketinq şöbəsi üçün hədəflər təyin edə biləcəksiniz.
Ümumi trafik sayı və internetdə müştəri sayı
Bir ay ərzində saytınıza daxil olan ziyarətçilərin sayı sadə, lakin çox vacib suala cavab verir: “İnternetdə potensial müştəriləri nə qədər effektiv cəlb edə bilirsiniz?” Trafik sayının uğurlu olmağı, biznesinizin internetdə müştəri sayınızdan asılıdır. Əgər internetdə, sizin məhsullarınızın və ya xidmətlərinizin potensial müştəri sayı 1000 nəfərdirsə və sizin saytınıza ilə 200 nəfər daxil olursa, deməli sizin saytınız 20% internet müştərilərini əhatə edir. Traffik sayının göstəricidə qızıl qayda yoxdur. Azərbaycanda B2B sahəsinə yönələn saytların ortalama ilə 1000 baxış uğurlu rəqəm sayıla bilər. Amma elektronika sahəsində bu rəqəm, lider saytların arasında 10 milyonu keçir.
Bir ziyarətçinin cəlb olunma dəyəri
Ziyarətçinin cəlb olunmasına resurs xərclənir. Reklam büdcələri, maaş fondu, vergi və s. Saytın bir ziyarətçisi şirkətə neçiyə başa gəlir? Bu göstərici şəbəkədə rəqabət səviyyəsini mükəmməl şəkildə əks etdirir. Daimi və sabit artım onu göstərir ki, bütün oyunçular interneti mənimsəyir. Qaznamaq istəyirsiniz? Daha aktiv hərəkət edin. Kəskin və əhəmiyyətli bir sıçrayış yeni bir oyunçunun gəlişinə işarə edir. Bəzən bu “büdcədə bir boşluq” olur və belə bir sıçrayışın sonunu gözləmək olar. Göstəricinin sabitliyi və ya cüzi və nadir artımı adətən yüksək rəqabətlilikdən xəbər verir. Oyunçular “oyunun sonuna” çatmışlar və məhsulun marginallığı insanları daha bahalı bir qiymətə sayta cəlb etməyə imkan vermir.
Bounce rate (İmtina faizi)
Bounce rate- ziyarətçinin saytınıza keçid edib və tərk etmək % -idir. Bu, saytın və trafikin ən əsas və vacib göstəricilərindən biridir. Faktiki olaraq bu göstərici saytınızı ( qiymət, məhsul, UX və digər) qiymətləndirir. Yüksək imtina göstəricisi trafik problemlərindən xəbər verə bilər. Ya hədəf auditoriyadan kənar ziyarətçiləriləri cəlb edirsiniz, yada ki, saytda olan təklif müştərilərə maraqlı deyil
Кonversiya %
Konversiya müxtəlif ola bilər, bu göstərici biznesdən asılıdır. Çata yazmaq, abunəçi olmaq, videoya baxmaq, zəng, sifariş, ödəniş etmək və s. Əsas odur ki, konversiya % daim izləyin və nəzarətdə saxlayın. Konvesiyanın hesablanma formulası çox sadədir. Məsələn sayta nəfər 1000 nəfər adam daxil olunub və 50 nəfər məhsul sifariş edib. 50/1000 *100 = 5%. Deməli satış konversiyası-5%
Mənfəət
Biznesdə mənfəət gəlirini izləməmək qəribə olardı. Sayt da istisna deyil. İnternet satış istiqamətini inkişaf etdirməyə başlayanda, ertəsi gün və ya bir ay ərzində mənfəət gətirəcəyini düşünməyin. İnternet-daha bir satış kanalıdır və onu qurmaq üçün vaxt və resurslar lazımdır. Saytın gəlirli satış kanalına çevrilməsinə ortalama 6-12 ay tələb olunur.
Uğurlu konversiyalar!