Satış tuneli

Satış tuneli memarının işləmə prinspi necədir

3_optimized

Satış tuneli memarının işləmə prinspi necədir❓

ℹ️Nümunə üzücün biz sizə mütəxəssilərimizin satış tuneli üzrə iş prinsipini əyani olaraq nümayiş etdirmək istərdik:

Birinci addım. Uyğun alıcının portretini hazırlamaq və satışların istiqamətini müəyyən etmək. Tutalım qarşınıza kompüter texnikası satışını həyata keçirən bir şirkət üçün satış tuneli hazırlamaq tapşırığı dayanıb. Əgər sizdə hədəf kütləsi haqqında təsəvvür varsa satış kateqoriyasını müəyyən etməlisiniz. Onlardan biri olaraq məsələn, monitorları seçək.

İkinci addım. Alıcılarınızın suallarını cavablandıran lid-maqnitlərin hazırlanması. Bu klassik lendinq və ya məqalələr ola bilər, bunların köməyi ilə retargetinq üçün kontingent yaranır və qeydiyyatların fiksasiyası aparılır.

Üçüncü addım. Avtomatik kommunikasiya vasitəsilə (Hədəf Kütlənin) HK-nin klassifikasiyası. Bu məqsədlə çeşidlənmə üçün zəruri məlumat toplamağa imkan verən sorğulardan istifadə etmək olar. Nəticədə HK bir neçə qrupa bölünəcək, məsələn, yeni monitor axtarışında olanlara və monitoru üçün aksesuar axtaranlara.

Dördüncü addım. Müxtəlif HK qrupları üçün kontent qıfı yaradırıq. Bunun üçün müxtəlif kontentdən istifadə etmək olar ki, nəticədə satış tuneli “Soyuq” satışlardan dəfələrlə effektiv çalışacaq. Hər məhsul növü üçün (monitor, ofisi avadanlığı, kompüter aksesuarları və s.). xüsusi qıf yaradılır ki, o da öz növbəsində reklam mesajının dəqiqliyini dəfələrlə artırır.

⚠️Messencerlərdə satış tunelini texniki olaraq necə həyata keçirmək olaq? Bu barədə növbəti yazılarımızda söhbət açacağıq