SMM

Sosial şəbəkələr üzərindən satışları necə artırmaq olar?

9_optimized

Sosial şəbəkələr üzərindən satışları necə artırmaq olar❓
5 effektiv üsul⤵️

⚠️Məhsul və ya xidmətlərinizi Fikir Liderləri (influencers) üzərindən irəli çəkin, onlar sizin brendə daha çox dönüşüm (conversion) əldə etmək imkanı yaradacaq və brendin tanınmasını yüksəldəcək. Araşdırmalar göstərir ki, brendin Fikir Liderləri üzrəindən irəli çəkilməsi və ya tövsiyə olunması ənənəvi rəqəmsal marketinq formalarına nisbətdə xərclərin 11 dəfə daha yüksək gəlirlə üstələnməsinə gətirib çıxarır. Növbəti araşdırmalar nəticəsində aşkar olundu ki, istehlakçıların 95%-i digər sosial şəbəkə istifadəçilərinin brend haqqında tövsiyələrinə daha çox etibar edirlər. Çoxları düşünür ki, Fikir Liderləri ilə əməkdaşlıq həddən artıq bahalı bir işdir. Əslində isə Fikir Liderləri ilə effektiv iş birliyi yaradmaq üçün külli miqdarda maliyyə vəsaitləri tələb olunmur. Minlərlə sadiq izləyicisi olan mikro-liderlər var ki, Fikir Liderləridirlər və öz izləyiciləri ilə daim kontaktdadırlar. Sizdən tələb olunan yalnız binesinizə uyğun Fikir Liderini taparaq effektiv kommunikasiyaların qurulmasıdır.

⚠️Videodan istifadə edin. İnsan beyni videokontentin qəbulu üçün yaradılıb. Araşdırmalar göstərir ki, insan beyni şəkil və videoları mətndən 60 000 dəfə daha tez emal edir. Eyeview Digital-ın araşdırmalarına əsasən postlarda və sosial şəbəkə reklamlarında videodan istifadə olunması dönüşüm (conversion) əmsalını 80%-dək artıra bilər. Qısa və maraqlı videolar yaradın. İnsanlar tez yayınırlar və maraqları tez itir. Əgər sizin videolar çox uzundursa siz izləyicini itirməklə risk edirsiniz. Video nə qədər qısadırsa bir o qədər yaxşıdır.
İstifadəçi kontentini paylaşın. İstifadəçi kontenti (user-generated content, UGC) – sizin istifadəçilərdən gələn video və fotoşəkillərdir. Məsələn bu məhsul və ya xidmətinizdən məmnun olan istifadəçinin videoicmalı, təşəkkür mesajı və ya şəkili ola bilər. İstifadəçi kontentinin tətbiqi onunla effektivdir ki, bu bir növ sizin brendin həqiqiliyini təsdiqləyir (brand authenticity).

⚠️Sosial şəbəkələrdə mütəmadi olaraq müsabiqə və aksiyalar keçirin. Kütləni nəsə udmaq kimi şansdan yaxşı heçnə tərpədə bilməz. Bununla siz həm də izləyici sayını artıra və brendin tanınmasını təmin edə bilərsiniz. Başlamaqdan öncə qarşıya qoyduğunuz məqsədləri dəqiq müəyyənləşdirin, çünki müsabiqə və ya aksiyanın hansı formatda keçirilməsi məhz sizin məqsədlərdən asılıdır. Məsələn, əgər izləyici sayını artırmaq istəyirsinizsə iştirakçıların hədiyyə qazanması üçün müvafiq səhifəyə abunə olmaları şərti qoyulur. Digər misal – lidlərin generasiyası. Əgər müsabiqənin məqsədi lidləri cəlb etməkdirsə, istifadəçilər əlaqə vasitələrini qeyd etməlidirlər. Peşəkar tövsiyyə: sosial şəbəkələrdə müsabiqənin keçirilməsi – həm də istifadəçi kontenti əldə etmək üçün möhtəşəm üsuldur ki, onu da gələcəkdə istifadə edə bilərsiniz.

⚠️ Potensial izləyici kütləsinə maraqlı olacaq kontent yaradın. Uyğun gəlməyən kütlə üçün kontent yaratdığınız halda siz aidiyyatı üzrə dönüşümlər (conversions) əldə edə bilməyəcəksiniz, təbii ki, qoyduğunuz investisiyaların da effektivliyi olmayacaq. Sosial şəbəkələrdə marketinqin uğuru məhz hədəf kütlənin (target audience) axtarışı və ona uyğun kontentin hazırlanmasından başlayır. Uyğun olmayan kütlə üçün nəticə əldə edə bilməyəcəyiniz kontentin hazırlanmasına vaxt itirməyə dəyməz.

⚠️ Dəyər təklifinizi dəqiq formalaşdırın. Dəyər təklifi (value proposition) – sizin brendi müştəri üçün cəlbedici edəcək xidmət və ya funksiyadır. Bu sosial şəbəkə istifadəçisinin məhz sizin məhsulu əldə etməsi üçün əsas səbəbdir. Bəzi hallarda bu əsas dəyər sosial şəbəkədəki müştərinin həmin andan etibarən sizinlə kontaktda olub olmamasını müəyyənləşdirir. Məhz sizin dəyər təklifiniz istifadəçinin brendinizi paylaşmaq düyməsinə klik etməklə dostları və tanışları ilə bölüşməsinə səbəbdir.

Dəyər təklifi üç əsas meyarı təmin etməlidir⤵️
Aid olma – yəni əyani şəkildə göstərməlidir ki, sizin məhsul konkret problemi necə həll edir.
Miqdari dəyər – istifadəçinin əldə edə biləcəyi üstünlkləri göstərir.
Differensiyasiya – sizin məhsulun rəqiblərin məhsullarından olan fərqini, müştərinin niyə məhz sizin məhsulu seçməli olduğunu göstərir.

Dəyər təklifinin əsas dörd elementi⤵️
🔶Onun anlaşımlı olması
🔶O sizin məhsulun və ya xidmətin üstünlükləri haqqında dəqiq təsəvvür yaradmalı
🔶Onda dəbli terminlər və lazımsız marketinq ifadələri yoxdur
🔶Onu təxminən 5 saniyəyə oxuyub və başa düşmək olar